Acerca de
Apostil/Apostile
Apostil nədir?
Apostil bir sənədin həqiqi olmasını təsdiq edən və bu sənədi başqa ölkələrdə keçərli edən bir təsdiq mexanizmidir. Apostil qaydaları 6 Oktiyabr 1961 ci ildə Lahey Konvensiyasıyla təsdiq edilib və bu konvensiyaya tərəf olan ölkələr arasında keçərlidir.
Apostil edilən sənədlərdə nələr olmalıdır?
Sənədin verildiyi ölkənin adı;
Sənədin imzalayan şəxsin adı;
Sənədin imzalayan şəxsin işi;
Sənədə vurulan möhrün hansı quruma məxsus olduğu
Təsdiq edildiyi yer;
Təsdiq edildiyi tarix;
Apostili verən qurum;
Apostil nömrəsi;
Apostili verən qurumun möhürü;
Apostil verən əlaqəli şəxsin imzası.
Apostil Türkiyədə harda edilir.
Apostil Türkiyədə Kaymakanlıklar və ya Valiliklərdə edilir. Huquqi sənədlər Adalet Komisyonu Başkanlıklarında təsdiq edilməlidir.
Bəzi sənədlərin apostil olunması bir neçə mərhələdən ibarət ola bilər. Məsələn xəstəxanadan alınan arayışların apostil edilməsi bir başa olmur. Onun üçün müvafiq orqanın İl/səhər qurumda təsdiqlədib sonradan valiliklərdə təsdiqlədilir.
Tələbələrin diqqətinə
Türkiyədən məzun olan tələbələr mütləq diplom və transkriptlərini apostil etdirmələri lazımdır. O cümlədən əsgərlik üçün universitetlərdən alınmış arayışlar da apostil edilməlidir.
Azərbaycanda Apostili etmə səlahiyyəti Ədliyə Nazirliyi və ya Asan Xidmət mərkəzlərindədir.
Apostil xidmətlərimiz
Apostil xidmətimizə ehtiyaç duyduğunuz halda bizə müraciət edə bilərsiniz. Biz Azərbaycandan sənədin gətirilməsinə sənədin təsdiq olunmasına və geri göndərilməsinə köməklik edə bilərik. Eyni zamanda burda aldığınız və burda alınması gərəkən sənədləri sizin üçün alıb lazımı adresə istər təyyarəylə istər poçt vasitəsiylə göndərə bilərik.