top of page
3.4.png

Son Yenileme 30/06/2022

 

 

Üniversiteler, Dumlupınar Bulvarı No:1, 06800 Çankaya/Ankara

(+90) (312) 210 2000

  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • LinkedIn Sosyal Simge

  Tarixi  

 Orta Doğu Teknik Universitei 15 Noyabr 1956 cı ildə Orta Doğu Yüksek Teknoloji Enistitüsü adıyla təhsilə başlamışdır. Bu gün ODTÜ də 41 bakalavr programı və 5 fakultəylə təhsil verir. Eyni zamanda universitetdə 105 magistr və 70 doktora programı var. Hal hazırda 791 öğretim üyesi (Prof., Doç., Yrd. Doç.) 225 müəllim və 1273 asistan/araşdırmacıyla 28000 dən artıq tələbə ODTÜ ailəsidir. Bu gün Türkiyənin ən yaxşı 5 universitetindən biridir.

DÜNYADA ODTÜ YERİ

Dünyanın ən yaxşı 500 universiteti arasına zamanla girməyi də başarmışdır. Bəzi beynalxalq rating listlərində dünyanın ən yaxşı universitetlər sıralamasında üst yerlərdə göstərilir. Eyni zamanda Şimali Kıbrısda da 15 bakalavr və 5 magistr programıyla kampusu yerləşir. ODTÜ beynalxalq presteji olan bir universitetdir. Odur ki, hər fakultə müəlimlərinin 5 % dən çoxu xarici müəllimlərdir. ODTÜ də müəllim olmaq üçün mütləq xarici ölkə təhsili şərti olduğu üçün müəllimlərin demək olar ki, hamısının xarici ölkələrdə təhsili vardır. 93 ölkədən 1700 dən artıq xarici tələbə ODTÜ də təhsil alır. Mühəndislik fakultəsində bütün fakultələr ABŞın akredit qurumu olan  Accreditation Board for Engineering and Technology (ABET)  tərəfindən dəyərləndirilmiş və akredit edilmişdir.

 

ODTÜdə KAMPÜS HƏYATI

ODTÜ Ankaranın, o cümlədən Türkiyənin ən gözəl guşəsidir. Süni salınmış meşə, Eymir gölü ODTÜ nü daha gözəl edir. 4500 hektar kampus ərazisi və 3043 hekra meşəlik ərazisinə malikdir. ODTÜ tələbələrin yaşaması üçün hər cürə şəraitə malikdir. Balaca bir şəhər olan universitetdə 19 yataqxana, 1 alışverış merkezi, 1 böyük market, 9 bank, 3 sport kompleksi, 2 futbol sahəsi, 10 halısaha, 6 tenis sahəsi, olimpik üzmə havusu və bir çox sosial mərkəzlərlə tələbələrə gözəl bir tələbəlik həyatı yaşadır. ODTÜ nün Elmadağ və Bursa Uludağda yayda alpenisizm/dağ idmanları, qışda xizək üçün idman məkrəzləri yerləşir. Böyük Kültür Kongre Mərkəzində bütün il boyu müxtəlif teart, konsert, sənət sərgiləri keçirilir. Hər il Beynalxalq Bahar şənliyində tələbələr unutulmaz anlar yaşayır. ODTÜ tələbə təşkilatlarıyla da məhşurdu. Fərqli fakultələri müxtəlif hobi, əyləncə və sosial sahələrdə toplaşıb, gözəl və maraqlı tədbirlər həyata keçirirlər. ODTÜ Teknokent hissəsi araşdırma və inkişaf üçün tələbələrə xüsusi imkan yaradır. 

 

ODTÜ TƏLƏBƏSİNDƏN ODTÜ HAQQINDA  

ODTÜ hər kəsin xəyalında olan bir universitet olduğuna görə universitetə girmək üçün ciddi rəqabət olur. Bu rəqabət ODTÜyə ən yaxşı tələbələrin gəlməsinə səbəb olur. ODTÜ də qiymətləndirmə CURVE yəni bir növü ORTALAMA əsasında verilir. Bütün tələbələrin qiymətlərinin müəyyən bir usulla əddədi ortalaması alınır və ona görə qiymətləndirmə edilir. Bu da ən yaxşı tələbələrdən yaxşı olmalısınız deməkdir. ODTÜ texnik universiteti olduğunda dəqiq fənlər daha çox ağırlıqlıdır. Mühendislik fakultələrinə gəlmək istəyirsinizsə və Riyaziyyat, Fizika və Kimyadan bünövrəniz yoxdursa ODTÜ sizi süründürəcək. Tələbələrimizin ODTÜ də oxumağın çətin olduğunu, müəllimlərin bəhanə dinləmədiyini çox yaxşı bilməlidir.

2022-2023 ci il Lisans təhsili üçün başvuru 4-22, 2022 İyul Tarixləri arasında online baş vurulacaqdır. 

 Online başvuru linki üçün 

2022-2023 TƏDRİS İLİNDƏ ODTÜYƏ QƏBUL ÜÇÜN LAZIMLI SƏNƏDLƏR

Lisans Fakultələri və Kontenjanlar

Qəbul Edilən Ümumi İmtahanlar və Diplomalar

Diger Qəbul Edilən Beynəlxalq İmtahanları

ODTÜ 2017-2020 SAT Keçid Balları

ODTÜ Hazırlıq Keçid Balları

ODTÜ Semestirlik Təhsil Haqları

Yataqxana Qiymətləri

bottom of page