top of page

Öğrenci İkamet İzni Üçün Lazımlı Sənədlər

Yeniləndi: 23.08.2023

             Tələbələrin Tükiyə Respublikasında viza tarixindən daha uzun müddətli qalmaq üçün İl Göç İdarələrindən randevu alaraq lazımlı sənədləri təqdim etməlidirlər. İl Göç İdarəsindəki müraciət sayısından aslı olaraq sənədləri təhvil verdikdən 30-45 gün içərisində Oturum İzni kartınız adressinizə poçt yoluyla göndərilir. Göç İdarəsi qanuni dəyərləndirmə sürəsi 90 gündür. Ancaq tələbə ikametləri dəyərləndirməsi qısa və sadə olduğundan 45 gün içində hər hansı bir sms almayan tələbələrin Göç İdarəsiylə əlaqə saxlaması məsləhət görülür. Göç İdarəsinin Tələb etdiyi sənədlərin bir çoxu Türkiyəyə girməmişdən öncə öz ölkəsində bəziləri isə Türkiyədə alınmalıdır. Bu ikamət izni almaq üçün vətəndaşlar mütləq xarici pasportla Türkiyəyə giriş etməlidirlər. Türkiyəyə şəxsiyyət vəsiqəsiylə giriş edənlər çıxış edib yenidən pasportla Türkiyəyə giriş etməlidirlər.

1. Pasport

Üzərində İngilis dilində bilgilər olan pasportlar üçün əlavə bir tərcümə təsdiq işləminə gərək yoxdur. Pasportların ən az bir il etibarlılıq müddəti olmasına diqqət edilməlidir. Göç İdarəsi oturum icazəsini sizin pasportunuzun etibarlılıq tarixinə 2 ay qalmış qədər verir. Məsələn, pasportunuzun etibarlılıq tarixi 23.08.2023-sə sizə veriləcək oturum 26.06.2023 tarixinə qədər olacaqdır. Buna görə vətandaşların nə qədər uzun müddətli pasportu olsa onlar üçün o qədər rahat olacaqdır.

2. Yaşayış yeri 

      Tələbələrin iqamət alması üçün Türkiyədə mütləq daimi yaşayış yeri rəsmi şəkildə görsədilməlidir. 

Əgər tələbənin yaşayış yeri:

  • Yataqxana/yurtdursa yataqxana müdürünün imzalı, möhürlü vereceyi sənəd

  • Kirada qalırsa ev sahibinin (tələbələr ala bilmir yalnız ev sahibi edə bilir) noterdə təsdiq edilmiş sizin adınıza olan kira müqaviləsi. Əgər kontrakta sizin adınız yoxdursa oturum verilməyəcəkdir.

  • Öz adına olan evdirsə, tapu/kupça və tapu müdürlüklərindən alınan Tapu Devam Sənədi 

  • Bir tanış və ya qohum evində qalırsa, tanış və ya qohumun Türkiyədəki noterlərdə yanında qalacagına dair təsdiqlədilmiş sənəd

  • Otel, Pansiyon, Apartda qalırsa müdürlərin imzalı möhürlü sənəd

3. Öğrenci Belgesi/Universitetdən kağız.

      Bu sənəd normal öğrenci bəlgəsindən fərqlidir və hər üniversitet fərqli şəkildə verə bilər. Ona göre universitetinizin öğrenci işlərinə baş vuraraq Göç İdarəsi üçün Öğrenci Bəlgəsi verilməsini istəyin. 

 

 4. 4 ədəd Biometrik Şəkil.

       Biometrik şəkillər son 6 ayda çəkilməli, 4.5x6 ölçülərində

və arxası ağ fonda olmalıdır. Biometrik şəkil çəkdirdikdən sonra

mütləq fotorafçınıza elektron/dijital versiyasını mail

və ya whatsappınıza atması istəyin.

 

 

 

 

 

 

5. Qaldığın müddəti əhatə edən sığorta

  • SGK (dövlət sığortası) universitetə kayıt tarixindən (göç başvuru, dərslərin kayıt tarixi deyil) 2 ay içərisində, Göç İdarəsindən oturum kartı aldıqdan sonra ala bilərlər. Çox bahadır ancaq bütün dövlət xəstəxanlarında keçərlidir. Bunun üçün Göç İdarəsi sizdən baş vurunduğunuz anda sığortan sənədini tələb etmir və bir müddət vaxt verir. Bü vaxt içində sığortanızı Göç İdarəsinə vermədiyinizdə oturumunuzu iptal edir. İlk ilində SGK etməyənlər sonrakı illərdə bundan faydalana bilmirlər.

  • Özəl Sağılik sığortaları dövlət sığortalarına görə çox ucuzdur. Bəlli özəl xəstəxanlarda keçərlidir və acill durumlarda istifadə edilir. Acil durumlar sığortanın poliçesində ətraflı yazılır. Özəl sığortalar mütləq barkodlu, barkod yoxdursa möhür imzalı olmalı, ``İş bu poliçe 16.06.2021 tarih ve 2021/8 sayılı Vize ve İkamet İzni Taleplerinde Yaptırılacak Sağlık Sigortalarına ilişkin Genelge'de belirlenen asgari teminat yapısını kapsamaktadır.`` ifadəsi yer almalıdır. Bu sığortalar Göç İdarəsi sisteminə sığorta şirkətləri tərəfində yüklənməlidir. Sistemə yüklənməyən sığortalar başvuru formu doldurduğunda sistem tərəfindən qəbul edilmir və başvurunuz sonlandırmaq olmur. Özəl Sağlık sığortaları əldə etmək üçün bizə müraciət edərək 45% endirimlə əldə edə bilərsiniz. (+905379468985)

6. Başvuru formu

     Başvuru forumu yalnız https://e-ikamet.goc.gov.tr/ internet səhifəsindən alınır. Buna bənzər bir çox saxta sitələr də var ki, dolandırıcıdırlar, pulu aldıqdan sonra geri almaq mümkün olmur. Buna görə bu mövzuda diqqətli olun tək adress yuxarıdakı adressdir. Forumu əksiksiz diqqətli doldurulmalıdır çünkü o bilgilər əsasında sizə oturum veriləcək. Forumun doldurduqdan sonra bəzi Göç İdarələri randevu seçmə seçənəyi verir bəziləri isə sizə randevunu özü göndərir (məsələn Ankara) Randevu seçdikdən sonra PDF olaraq endirib çap  etməlisiniz. Formu rənkli çıxartmanıza gərək yoxdur, ağ-qara və kağız isarafını azaldılması üçün arxalı önlü çap edə bilərsiniz. Sığortasını bizdən alanların formlarını biz doldururuq. 

7. Pembe Dosya

     Kırtasiyelerdə satılan sənədləri içinə qoya biləcəyiniz çehrayı rəngdə qovluqdur. Hər Göç İdarəsi istəməz amma Ankara istəyir. 

8.Ödəmə Dekontu

      Öğrencilər üçün Göç İdarəsi harç tələb etmir. Sadəcə kart ücreti alır. 2023.cü il üçün bu məbləğ 356 TL dir. Bu dekontu başvuru formunu əldə etdikdən sonra Türkiyə Gelir İdarələrindən (Vergi Dairələri) nəğd, İnternet Vergi Dairesinin web səhisindən kartla ödüyərək əldə edə bilərsiniz. Bu ödəmələri Göç İdarəsinin kassalarından da əldə edə bilərsiniz. Dekontu oturum kartınız gələnə qədər bir nüxsəsini və ya şəkilini mütləq saxlayın

9. 18 Yaş altında olan tələbələr 

     18 yaşını tamamlamamış tələblər üçün əfsuslar olsun ki, bu prosess çox ağır keçir. Odur ki, Azərbaycandan gəldiğinizdə aşağıdakl sənədləri mütləq gətirilməlidir. Əks halda sənədlərin Türkiyədə hazırlanması həm xərcli, həm vaxt aparan, həm də əziyyətlidir. Odur ki, 90 günlük viza içində 18 yaşı tamam olan tələbələrin, yaşının tamam olmasını və o zaman baş vurmasını məsləhət görürük. Aşağıdakı sənədləri Asan Xidmət və ya digər noterliklərdən ala bilərsiniz.

  1. Doğum şəhadətnaməsi/metirkanın Tərcümə Təsdiqi və Apostil versiyası. 

  2. Valideyinləri (həm ata həm ana) noterdə tək başına yaşaması üçün icazəsi. Bu muvakatnamə olaraq bilinir. bu sənəd Azərbaycan Noterlərində hazırlanırsa mütləq apostil edilməlidir. Bu sərhəddən çıxmaq üçün verilən icazə sənədi deyil. Örnək olaraq aşağıdakı şəkildə var. Ailə fərdlərindən hər hansı biri həyatını itiribsə onun ölüm kağızı tərcümə təsdiqi mütləq apostil edilmiş  halda tələb edilə bilinir. Ailə fərdləri arasında ayrılma/boşanma olubsa bu sənəd məhkəmə qərarıyla vəlayət kimdədirsə onun icazəsi yetərlidir. Yalnız sənədin təsdiq edilməsi üçün məhkəmə qərarının apostili tələb edilir. Bu sənəd də tərcümə təsdiq və apostil edilməlidir.

  3. Bəzən 2.ci bəndəki sənəd yetərli olmaya bilir. Bunun üçün Göç İdarəsi Türkiyə Respublikasında yaşayan Türk vətəndaşı (TC nömrəsi olan) və ya Türkiyədə oturum müddəti olan 18 yaşı tamam olan yabancı vətəndaşlara muvakatnamə verilməlidir. Bu sənəd 2.ci bənddəki sənədlə mətin baxımından eynıdır sadəcə burda tək başına deyil, 1234567891011 TC nömrəli Filankəs Filankəsova muvakat verilir yazılır. Bu sənəd Azərbaycan Noterlərində hazırlanırsa mütləq apostil edilməlidir. 

Qeyd: Göç İdarələri əvvəllər apostilli sənədləri qəbul edirdisə də artıq bəzi Göç İdarələri (Bolu) o sənədi yenidən Türkiyədə noterdə təsdiqini istəyirlər. 

 

    Doğum şahadətnaməsini apostil etdirməyən şəxslər ​Azərbaycan Respublikasının Səfirlik və Konsulluqlarından bu sənədi 30 $ qarşılığında əldə edə bilərlər. Sərilifin verdiyi sənədi 175 TL qarşılığında Türkiyə Respublikasının Xarici İşlər Nazirliyində yenə təsdiqləməlisiniz.

WhatsApp Image 2022-08-26 at 18.37.03.jpeg
18 yas alti muvakarname 2_0001.jpg
18 yas alti muvakarname 2.jpg
18 yas alti muvakarname 1 copy.jpg
bottom of page