top of page

Oturum/İkametgah

eghamat-turkey.jpg

Oturum/İkametgah nədir?

   Oturum Türkiyə Respublikasında viza müddətindən artıq qalmaq üçün xarici vətəndaşların alması gərəkən bir icazə sənədidir. Bu sənədi Daxili İşlər Nazirliyinin əlaqəli şəhər və rayonlarda yerləşən Valiliklərə bağlı Göç İdarə Müdürlükləri verir. Bu sənəd sizin Türkiyədə kimliyinizdir. 

İkamet izninə kimlər baş vura bilər?

Bütün xarici vətəndaşlar Türkiyədə ikamət baş vuru edə bilər amma kimlərə veriləcəyinə Göç İdarəsi qərar verir. Bunun üçün xarici vətandaşların kira kontraktı, Türkiyədən alınmış adına ev kupçası və ya qohumu və ya tanışının evində qalırsa notariatdan tədsdiq edilmiş sənəd tələb edilir. O cümlədən Türkiyədə hansı məqsəd üçün qalacağını (tələbə, müalicə, türist və.s) sənədlərlə görsətməlidir. 

İkamet izn növləri

1 KISA DÖNEM İKAMET İZNİ
2 AİLE İKAMET İZNİ
3 ÖĞRENCİ İKAMET İZNİ
4 UZUN DÖNEM İKAMET İZNİ
5 İNSANİ İKAMET İZNİ
6 İNSAN TİCARETİ MAĞDURU İKAMET İZNİ

Öğrenci ikamet izni üçün lazımlı sənədlər üçün linki tıklayın

Tələbə İkametgahları

İkamətgah növləri arasında ən rahat alına bilən ikamətgah növüdür. Tələbə ikamətgah almaq üçün yaşayacağınız yer, üniversitet və ya məktəbinizdən öğrenci bəlgəsi və tələb etdiyi il müdətini əhatə edən sağlıq sığortası olması yetərlidir. Tələbə ikamətgahı başvurularında sənədlər düzgün və əksiksiz hazırlanarsa rədd gəlmə ehtimalı yoxdur. Sənədlərin əskiklik tələbələrə cəzalar və uzun müddətli gözləməyə səbəb ola bilir. Bir çox universitet oturumlarını almayan tələbələrin qeydiyyatlarını dondurduğunu da müşahidə etmişik. Tələbələrin bu mövzuda həsas yanaşması çox önəmli və faydalıdır.

İkametgah üçün sığorta növləri

Sığortaların hardan alındığı Göç İdarəsinin ciddi yanaşdığı mövzudur. Türkiyədə hal hazırda verilən sığortaları 2 yerə bölmək olar.

1. Dövlət Sığortası SGK:  Sağlık Güvenlik Kurumu (SGK) verdiyi sığortadır. SGK başvurmaq üçün tələbələr üniversitetə ilk qeydiyyat (Dərsə başladığı və ya dərs kayıtı deyil ) olunan tarixdən 2 ay içində Göç İdarəsindən oturum almalı və verilən 99 la başlayan YKN nömrəsiylə baş vurmalıdır. SGK almaq istəyən tələbələr Göç İdarəsinə baş vuru zamanı bu sığorta növünü işarətləyərək oturum ala bilər. Ancaq SGK dan sığorta aldıqlarında mütləq Göç İdarəsinə bunu bildirməlidirlər. SGK ödəməsi hər il dövlət tərəfindən minimum əmək haqqına görə dəyişiklik görsədir. 2022 tarixində tələbələr hər il 2400 tl pul ödəməlidirlər. SGK sığortaları bütün dövlət xəstəxanalarında keçərlidir və qarşıladığı müalicələr genişdir. Xroniki xəstəliyi olanların və ya tez tez xəstələnən vətəndaşların bu sığortanı alması tövsüyə olunur.

2. Özəl Sağlıq Sığortaları: Bu sığortanı verən bir çox şirkət var. Göç İdarəsinə başvuru etmədən öncə alınmalı və İdarənin tələb etdiyi tələbləri qarşılamalıdır. Onu qarşılamayan sığorta poliçələri Göç İdarəsi tərəfindən qəbul edilmir və başvuruları rədd edilir. Sığortaların birbirindən qarşıladığı müalicələr və hansı xəstəxanalarda keçərliliyinə görə fərqlənir. Siğorta alanlar poliçelerin nələri qarşıladığını və hansı xəstəxanalarda keçərli olduğunu bilmələri önəmlidir. Bu sığortalar demək olar ki hamısı özəl xəstəxanalarda keçərlidir. Özəl sağlıq sığortaların bir çoxunun qarşıladığı müalicələr geniş deyil və acil durumlarda keçərlidir. Bu acil durumlar hansılar olduğu sığortanın poliçəsində sizə verilir. Məsələn, başı ağrıyan və ya qrip olan bir tələbənin vəziyyəti acil olsa da sığorta şirkəti bunu acil olaraq qəbul etməyə bilir. Bu sığortalar yaşa, cinsiyyətə görə də qiymətləri fərqli olur. 10.07.2022 tarixindən etibarən sığorta qiymətləri rəsmi olaraq 1155 tl dən başlayır.

Bizə müraciət edərək çox uyğun və endirimli qiymətlərlə sığortalar əldə edə bilərsiniz.

 

 

bottom of page